İspaniyada boğulan 3 Türkün cənazəsi artıq Vətəndə

İspaniyanın Marbella şəhərində dənizdə boğularaq həyatını itirən iki Türk şagird və bir müəllimin cənazələri Türk Hava Yolları təyyarəsiylə İstanbula gətirilib.

238798
İspaniyada boğulan 3 Türkün cənazəsi artıq Vətəndə

  Müəllim Ümid Nalbantın cənazəsi Kırklarelinə, şagirdlərdən Şakir Poladın cənazəsi Qaziantepə, Serdar Fidanın cənazəsi isə İzmirə göndərilib.

  Xatırladaq ki, "Əngəlli fərdlərə yönəlik məşğulluq niyyətli peşə bacarıqları qazandırma" layihəsi çərçivəsində Çanaqqalanın Gelibolu rayonundan İspaniyanın Marbella şəhərinə gedən eşitmə əngəlli şagirdlərdən 2-si bazar ertəsi (13.04.2015) dənizdə çimərkən onların batdığını görən müəllim xilas etmək üçün dənizə atılıb, amma üçünün də həyatı İspaniya sularında sona yetib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr