AP sədri Schulz Baş nazir Davudoğluna zəng edib

Avropa Parlamentinin sədri Martin Schulz Baş nazir Əhməd Davudoğluna zəng edərək 1915-ci il hadisələrilə bağlı qərarın onun iştirakının olmadığı iclasda verildiyini söyləyib.

238800
AP sədri Schulz Baş nazir Davudoğluna zəng edib

  Baş nazir Davudoğlu isə Schulza “Avropa Parlamentinin qəbul etdiyi bu qərarı əsassız adlandırıb, Türkiyənin onu rədd etdiyini və tanımadığını” deyib. Eyni zamanda, “bu qərarın Türkiyə və Avropa İttifaqı əlaqələrinə zərər verəcəyini, Türkiyə-Ermənistan səylərinə mənfi təsir göstərəcəyini” vurğulayıb.

  Əhməd Davudoğlu Türkiyənin 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq bir tarix komissiyası qurulması təklifinə müsbət cavab ala bilmədiyindən təəssüflənərək deyib: "Həqiqətlərin araşdırılması və ədalətli bir qərarla qarşılıqlı razılaşmaya varılması ancaq və ancaq qarşılıqlı səylərin təşviqi ilə mümkün ola bilər".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr