Tarixçilərin işini din adamları görəndə sayıqlayırlar

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 1915-ci hadisələriylə bağlı müdafiə mövqeyində durmağı mənasız hesab edir.

236576
Tarixçilərin işini din adamları görəndə sayıqlayırlar

   Ərdoğan Qazaxıstana rəsmi səfərə yola düşməzdən əvvəl hava limanında verdiyi açıqlamada deyib: “Türkiyədə yaşayan, vətəndaş olan, ya da olmayan 100 mindən çox erməni bu günə qədər pis rəftarla qarşılaşmayıb.”

  "Üzərimizdə soyqırım adlı bir ləkə yoxdur, buna görə özümüzü müdafiə etməyə də ehtiyac durmuruq" deyən dövlət başçısı Avropa Parlamentində 1915-ci il hadisələriylə bağlı bu gün olacaq səsvermənin elə bir əhəmiyyəti daşımayacağını bildirib.
  Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Papanın 1915-ci il hadisələriylə əlaqədar şərhlərini qınayaraq xəbərdarlıq edib və deyib: “Tarixi hadisələrin öz məcrasından çıxarılmasına, köklü və həqiqi ağacları qoparıb yerinə Türkiyə və millət əleyhinə kampaniya yaradılmasına icazə verməyəcəyik.”
  Daha sonra Ərdoğan fikrinin nöqtəsini bu sözlərlə qoyub: "Erməni məsələsini müzakirə etmək istəyiriksə, hadisəni gerçək bir şəkildə ortaya qoymaq lazımdır. Bu, tarixçilərin işidir. Biz bütün arxivlərimizi açmağa hazırıq. Tarixçilərin işini siyasətçilər və ya din adamları görəndə ortaya belə sayıqlamalar çıxır. Cənab Papadan bir daha bu cür səhvlər olmasın. Və yenə ortaq komissiya yaratmaq çağırışımızı təkrar edirəm.”


Etiketlәr:

Әlaqәli Xәbәrlәr