"Mǝdǝniyyǝt irslǝrinǝ hücumlar tǝcili başa çatdırılmalıdır"

Türkiyǝ terror tǝşkilatı DEAŞ-ın mǝdǝniyyǝt irslǝrini tǝxrib etmǝsinǝ yönǝldilmiş hücumlarını pislǝyib.

236026
"Mǝdǝniyyǝt irslǝrinǝ hücumlar tǝcili başa çatdırılmalıdır"

Türkiyǝ terror tǝşkilatı DEAŞ-ın mǝdǝniyyǝt irslǝrini tǝxrib etmǝsinǝ yönǝldilmiş hücumlarını pislǝyib.
Xarici İşlǝr Nazirliyinin açıqlamasında bildirilib ki, DEAŞ bu hücumları ilǝ bǝşǝriyyǝtǝ qarşı günah işlǝyir.
Mǝdǝniyyǝt dǝyǝrlǝrinin mǝhv edilmǝsinin cǝmiyyǝtlǝrin vǝ inancların mǝhv edilmǝsindǝn fǝrqli olmadığına diqqǝt çǝkilǝn açıqlamada, DEAŞ-ın hücumları pislǝnib. Açıqlamada hücumların tǝcili olaraq dayandırılması üçün dǝ çağırış edilib.

Qeyd edǝk ki, tarixi eradan ǝvvǝl 13-cü ǝsrǝ gedib çıxan İraqdakı tarixi nimrud şǝhǝrini mǝhv edǝn DEAŞ daha öncǝ dǝ Mosul şǝhǝriki tarixi Yaxın Şǝrq dövrünǝ mǝxsus misilsiz ǝsǝrlǝri mǝhv edǝrǝk reaksiyalara mǝruz qalmışdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr