46 il sonra Türkiyədən Monqolustana ilk səfər

Xarici işlər naziri Mevlüt Çavuşoğlu Monqolustan səfəri zamanı ilk olaraq həmkarı Lundeg Purevsuren ilə görüşüb. Sonra dövlət başçısı Tsakhiagiin Elbergdorj və Baş nazir Chimed Saikhanbileg tərəfindən ayrı-ayrılıqda qəbul olunub.

234971
46 il sonra Türkiyədən Monqolustana ilk səfər

  Çavuşoğlunu Dövlət Sarayındakı ənənəvi monqol çadırında qarşılayan Monqolustan prezidenti iki ölkənin su təsərrüfatı rəhbərliklərinin əməkdaşlıq etməsini tövsiyə və əlaqədar nazirləri ölkəsinə dəvət edib.

  Xarici işlər naziri Mevlüt Çavuşoğlu sonra Türkiyənin Ulan-Batur səfirliyi iqamətgahının açılışında olub. 

  Açılış mərasimində çıxış edən Çavuşoğlu Moğolustandakı səfərinin dostcasına, müvəffəqiyyətli və məhsuldar keçdiyini vurğulayaraq: “Bu səfirlik təkcə bizə və buradakı türklərə deyil, həm də monqol dostlarımıza xidmət edəcək,” deyib. 

  İki ölkə arasında ticarət həcmini 250 milyon dollara çatdıracaqlarını bildirən nazir su təsərrüfatı ilə bağlı əməkdaşlıq edəcəklərini, qarşılıqlı uçuş səfərlərini artıracaqlarını, turizm, tikinti, tekstil və dəri üzrə sektorların inkişafına dəstək olacaqlarını, informasiya texnologiyaları və e-viza təcrübəsini Monqolustanla paylaşacaqlarını bildirib. 

  Türkiyənin Monqolustan səfiri Murat Karagöz isə Mevlüt Çavuşoğlunun gəlişinin diplomatik əlaqələrin qurulmasından 46 il sonra Türkiyədən Monqolustana xarici işlər nazirliyi səviyyəsində təşkil edilən ilk səfər olduğunu diqqətə çatdıraraq böyük xoşbəxtlik və qürur duyduqlarını vurğulayıb. Eyni zamanda, səfirliyin və iqamətgahının iki ölkə arasındakı əlaqələrin inkişaf etməsinə töhfə verəcəyini nəzərə çatdırıb. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr