Türkiyə ilə Gürcüstan arasında enerji müqaviləsi imzalandı

İstanbulda Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız və Gürcüstanın Enerji naziri Kakha Kaladze razılaşmaya imza atıblar.

232561
Türkiyə ilə Gürcüstan arasında enerji müqaviləsi imzalandı

  Qonşuların bir-birilə, xüsusilə, enerji sektorunda əməkdaşlıq etməsinin vacibliyinə toxunan Taner Yıldız çıxışı zamanı deyib: "Gürcüstanın enerji ehtiyacına biz, bizim enerji ehtiyacıma Gürcüstan dəstək olur".

  Gürcüstanla yüksək səviyyəli bir çox strateji əlaqələrdə ortaq layihələrin varlığına işarə edən nazir TANAP-ın da bunlardan biri olduğunu xatırladıb.

  Gürcüstanın Enerji naziri Kakha Kaladze də çıxışında “İki millətin əsrlərdir dost olduğunu və bu gün də hökumətlərin buna hər cür dəstək verdiyini və verəcəklərini” söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr