"Qondarma ermәni iddiaları tarixçilәr tәrәfindәn araşdırılmalıdı

Martin Schulz Ankaraya sәfәri çәrçivәsindә mәclis sәdri Cәmil Çiçәk tәrәfindәn qәbul edilib.

231971
"Qondarma ermәni iddiaları tarixçilәr tәrәfindәn araşdırılmalıdı

Avropa Parlamentinin sәdri Martin Schulz Ankaraya sәfәri çәrçivәsindә mәclis sәdri Cәmil Çiçәk tәrәfindәn qәbul edilib.
Cәmil Çiçək, Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlük prosesi və 1915 hadisələri mövzularında Shulzdan dəstək istәyib.
Türkiyənin Avropa İttifaqına üzvlüyü mövzusuna toxunan Mәclis sәdri Çiçək: prosesin daha nə qədər davam edəcəyini bilmək istədiklərini, namәlumluğun çәtin vəziyyət olduğunu qeyd edib.
Çiçək: "Müzakirə edəcək mövzu yoxdur. Danışıqlara daxil edilәn mövzuların da yekun meyarları yoxdur" deyərək reaksiyasını bildirib vә Shulzdan, Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlük prosesi mövzusunda dəstək istәyib.
Görüş zamanı 1915 qondarma Erməni iddialarına da toxunan Məclis sәdri Çiçək 1915 hadisələrinin әtraflı şәkildә araşdırılmasını istәyәn ölkәnin Türkiyә olduğunu " qarşıdurma vardırsa kәdәr dә vardır. Amma ağrını Ermənilər də Türklər də kürdlər də yaşadı. Biz bunun tarixçilәr tәrәfindәn araşdırılmasını istәyirik " deyә vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr