Yәmәndәn daha 185 vәtәndaşımız Türkiyәyә gәtirilir

Paytaxt Sanadan xarici vətəndaşlar da daxil olmaqla 230 nәfәr evakuasiya edilib.

226490
Yәmәndәn daha 185 vәtәndaşımız Türkiyәyә gәtirilir

Şiddətli qarşıdurmaların davam etdiyi Yəməndәn daha 185 vətəndaşımız Türkiyәyә gәtirilir.
Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu, paytaxt Sanada xarici vətəndaşlar da daxil olmaqla 230 nәfәrin evakuasiya edildiyini bildirib.
Mevlüt Çavuşoğlu verdiyi açıqlamada ilk mәrhәlәdә Aden şәhәrindәki 55 vətəndaşın uğurla azad edildiyini xatırladıb. Nazir bildirib ki, yalnız Türk vətəndaşlarını deyil, bizdәn yardım tәlәb edәn başqa ölkələrin vətəndaşlarını da ölkәdәn çıxardıq. "Türkiyə Respublikası, beləcə gücü və mövqeyi ilә üst üstә gәlәn daha bir әmәliyyatı uğurla nәtәcәlәndirib” deyә Xarici İşlәr Naziri Çavuşoğlu vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlunun prosesi yaxından izlәdiyini və lazımlı təlimatları verdiklərini ifadə edən Çavuşoğlu, bütün əlaqədar orqanlara bu sahәdә göstәrdәki fәaliyyәtlәri vә atdıqları uğurlu addımlar sәbәbiylә tәşәkkür edib.
Qeyd edәk ki, Yəməndə davam edən daxili qarışıqlıq səbəbiylə bu ölkədən evakuasiya edilən 185 vәtәndaşımız Türk Hava Yollarına mәxsus təyyarə ilә bu gün Türkiyә vaxtı ilә saat 12.40da İstanbula yola düşüb. 55 vәtәndaşımız isә dünən axşam təyyarə ilə İstanbula gətirilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr