Terrorun mərhəmətsiz üzü bir daha göründü

Türkiyədən Keniya xalqına hücumu qınama və başsağlığı.

223310
Terrorun mərhəmətsiz üzü bir daha göründü

 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Keniyanın Qarissa (Garissa) Universitetində 147 insanın ölümünə və yaralanmasına səbəb olan terror basqınını tənqid edib və "Türkiyə Keniya xalqının ağrılarını paylaşır, hücumu şiddətlə qınayır və lənətləyir" deyib.

 Türkiyənin Afrikanın Boynuz bölgəsində təhlükəsizlik və sabitliyə istiqamətli səyləri dəstəkləməyə davam edəcəyini bildirən dövlət başçısı "Biz terrorun dininin və milliyyətinin ola bilmədiyi şüuruyla Keniya xalqı və hökumətilə bu ağrılı günlərdə tam bir həmrəylik içərisindəyik" deyə vurğulayıb.

 Xarici İşlər Nazirliyi "Bir təhsil qurumunu və gələcəyi inşa edəcək gəncləri hədəf alan hücum terrorun mərhəmətsiz üzünü bir daha göstərdi" deyib.

 Xatırladaq ki, Keniyanın Somali sərhədindəki Garissa Universitetinə dünən Eşşebab tərəfindən təşkil edilən hücumda çoxu tələbə olmaqla 147 nəfər ölüb, 70-i yaralanıb. Bundan başqa, terrorçular çox sayda adam girov götürüblər.

 Keniya Təhlükəsizlik Xidməti təcavüzkarlarla onların götürdükləri əsirlər olan binaya əməliyyat təşkil edib və üzərinə partlayıcı dolu gödəkcələr geymiş 4 terrorçunu ölü olaraq ələ keçirib.

 Hücumdan sonra ölkənin Somali sərhədindəki 4 bölgədə axşam saatlarında küçəyə çıxma yasaq olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr