Xarici İşlǝr Nazirliyi N.Әl-Әrǝbinin açıqlamalarını qınayıb

Xarici İşlǝr Nazirliyi, Әrǝb Dövlǝtlǝri Liqasının baş katibi Әrǝbinin açıqlamalarını qınayıb.

220038
Xarici İşlǝr Nazirliyi N.Әl-Әrǝbinin açıqlamalarını qınayıb

Xarici İşlǝr Nazirliyi, Әrǝb Dövlǝtlǝri Liqasının baş katibi Әrǝbinin açıqlamalarını qınayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, N. Әl-Әrǝbinin 28-29 martda keçirilǝn 26-cı Әrǝb Dövlǝtlǝri Liqasının zirvǝ toplantısından sonra tǝşkil edilǝn mǝtbuat konfransında dilǝ gǝtirdiyi Türkiyǝyǝ yönǝldilmiş ifadǝlǝrini pislǝyirik. Әl-Әrǝbinin ǝsassız ittihamları Türkiyǝnin bölgǝdǝ izlǝdiyi prinsipli vǝ sülhpǝrvǝr siyasǝti tǝhrif etmǝ mǝqsǝdlidir. Türkiyǝnin Әrǝb dünyasına qarşı olan duyğularına vǝ bölgǝ ilǝ mövcud olan uzun ortaq tarixǝ söykǝnǝn güclü dostluq vǝ qardaşlıq ǝlaqǝlǝrinǝ ziddir.
“Bu ifadǝlǝr Әl-Әrǝbinin tǝmsil etdiyi tǝşkilat vǝ tǝşkilatın üzvü olan ölkǝlǝr adından dilǝ gǝtirilmǝyib. Adı çǝkilǝnin vǝtǝndaşı olduğu ölkǝnin tǝsirilǝ bu sözlǝri dediyini düşünürük” deyǝ Xarici İşlǝr nazirliyinin açıqlamasında qeyd edilib.
Bu çǝrçivǝdǝ martın 30-da Xarici İşlǝr Nazirliyinǝ dǝvǝt edilǝn Әrǝb Dövlǝtlǝri Liqasının Ankara nümayǝndǝsi sǝfir Mǝhǝmmǝd Әl Fatah Naciriyǝ Baş katib Әl-Әrǝbinin ifadǝlǝrinin qǝbul edilmǝz olduğunun vurğulandığı da açıqlamada xatırladılıb.
Qeyd edǝk ki, Әrǝb Dövlǝtlǝri Liqasının baş katibi Әrǝbi tǝşkil edilǝn mǝtbuat konfransında İran, İsrail vǝ Türkiyǝ kimi bǝzi ölkǝlǝrin Әrǝb bölgǝsinǝ müdaxilǝlǝri ilǝ daha çox problem yaratmağı hǝdǝfǝ aldıqlarını iddia etmişdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr