TİKA-dan Efiopiyaya təhsil dəstəyi

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Efiopiyanın Jigjiga şəhərində bir məktəbə kompüter və mebel yardımı edib.

284321
TİKA-dan Efiopiyaya təhsil dəstəyi

 TİKA-nın Efiopiya üzrə koordinatoru İsmayıl Durhat Efiopiya və Türkiyənin qardaş ölkələr olduğunu vurğulayaraq "Bu bir köməkləşmədir. Biz Jigjiga şəhərini öz şəhərimiz kimi görür, özümüzü evimizdə hiss edirik. Bu məktəbdə yetişəcək uşaqların yaxşı bir gələcəyə sahib olmasını istəyirik" deyib.

 Bu il ilk məzunlarını verəcək Jigjiha Community Məktəbi 2011-ci ildə tikilib. Məktəbdə 515 oğlan, 283 qız olmaqla 798 uşaq təhsil alır.

 Qeyd edək ki, bu məktəb açılmazdan əvvəl qız uşaqlarının oxumağa göndərilmə nisbəti çox aşağı idi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr