Expo Milano 2015

Türkiyənın “Milano Expo 2015” sərgisində iştirakı ilə əlaqədar təqdimat konfransı dünən İstanbulda reallaşdırılıb.

283442
Expo Milano 2015

  Ən əhəmiyyətli iştirakçılardan biri olacaq Türkiyənin dəyərləri sərginin görkəmli bir pavilyonunda İtaliyadan dünyaya tanıdılacaq.

  Sərginin ən böyük 5-ci stand sahəsinə sahib olacaq Türkiyə nar simvolu altında "Gələcəyin qidası üçün tarixin mütaliəsi" mövzusunu seçib.

  İqtisadiyyat naziri Nihat Zeybekçi Türkiyənin tarixinin və mədəniyyətinin özünəlayiq şəkildə əks olunacağını söyləyərək “Gələcək dövr qida məsələsinin təmini və insanlığın bəslənməsi ilə bağlı mühüm şüar və rəmzlər bizim tariximizdə var və onları göstərməliyik” deyib.

  Qapılarını 1 mayda seyrçilərinə açacaq “Milano Expo 2015” sərgisinə 6 ay boyu 20 milyon adamın gəlməsi gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr