"ABŞ erməni diasporunun qaralama kampaniyasına biganә qalmamalıdır"

Cәmil Çiçәk Vaşinqtona sәfәri çәrçivәsindә Amerika Türk Koalisiyası Başçısı LINK MakKördi və Türk-Amerikan iş adamları ilә bir araya gəlib.

281726
"ABŞ erməni diasporunun qaralama kampaniyasına biganә qalmamalıdır"

Türkiyә Böyük Millәt mәclisinin sәdri Cәmil Çiçәk Vaşinqtona sәfәri çәrçivәsindә Amerika Türk Koalisiyası Başçısı LINK MakKördi və Türk-Amerikan iş adamları ilә bir araya gəlib.
1915 hadisələrinə toxunan Cəmil Çiçək, “erməni diasporunun qaralama kampaniyasını ABŞ rəhbərliyi müsbәt qarşılamamalıdır” deyib.
İki ölkə arasındakı ticarətə toxunan Çiçək, hazırda 20 milyard dollar olan ticarət həcminin qanaәt bәxş olmadığını bildirib vә iş adamlarından Türkiyədə yüksək texnologiyaya əsaslanan investisiya qoymalarını istәyib.
TBMM sədri Çiçək, ABŞ Senatının Başçısı Orrin Hatch (Orrin Heç) və Nümayəndələr Məclisinin Başçısı John Boehner (Con Bonır) ilə də görüşüb.
Danışıqlar zamanı 1915 hadisələri və Türkiyə-ABŞ əlaqələri başda olmaqla regional mövzular müzakirə edilib.
Orta şərqdə cәrәyan edәn proseslәrә toxunan Cəmil Çiçək, bölgədə əmin-amanlığın bәrpası üçün güclü tәdbirlirә zirurәt olduğunu vurğulayıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr