Türkiyənin bank sistemi hər cür şoka hazırdır

Ölkənin baş naziri Əhməd Davudoğlu iqtisadiyyatçılarla bir araya gəlib.

257550
Türkiyənin bank sistemi hər cür şoka hazırdır

  Baş Nazirlikdə edilən yığıncaqda ölkənin iqtisadi göstəriciləri, valyuta məzənnəsindəki oynaqlıq və beynəlxalq sahədəki inkişafın Türkiyəyə gətirilməsi fikirləri müzakirə olunub.

  Yığıncaqdan sonra verilən yazılı şərhdə dolların yüksəlişində xarici faktorların təsirinə diqqət çəkilib və “lazım olan hər cür tədbirlər görülür" deyilib.

  Açıqlamada Türkiyə iqtisadiyyatının əsaslarının olduqca güclü olduğu, inflyasiya və cari əməliyyatlara hazırlığı, neft qiymətlərindəki geriləmənin ölkəyə təsiri və proqnozların müsbət reallaşması fikirləri vurğulanıb.

  Amerika Birləşmiş Ştatları iqtisadiyyatı gözləniləndən daha sürətlə yaxşılaşma dövrünə girib, Avropa İttifaqı ölkələrində isə canlanma hələ başlamayıb. Avropa Mərkəzi Bankının pul siyasətini genişləndirmə qərarı ABŞ dollarının dəyər qazanmasına, bu vəziyyət isə özlüyündə bütün inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Türkiyənin maliyyə bazarlarında dalğalanmalara səbəb olub.

  Baş Nazirliyin şərhində Türkiyə bank sisteminin bu cür şoklara qarşı dura bildiyi ifadə edilib və Mərkəz Bankının lazımlı tədbirləri gördüyü vurğulanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr