Ən zənginlər siyahısında 32 Türkiyəli milyarder

“Forbes” jurnalının araşdırmalarına görə,

244680
Ən zənginlər siyahısında 32 Türkiyəli milyarder

dünyanın ən varlı adamları siyahısında proqram nəhəngi “Microsoft”un qurucusu Bill Gates 79,2 milyard dollarlıq sərvətiylə yenə birinci, Meksikalı iş adamı Carlos Slim Helu 77,1 milyardla ikinci, Amerikalı investor Warren Buffet isə 72,7 milyardla üçüncü sırada olub.

  Bu dəfə zənginlər siyahısında Türkiyədən də 32 nəfərin adı var.

  Türkiyəli varlılardan Murat Ülker 369-cu (4,4 milyard dollar), Hüsnü Özyeğin 690-cı (2,7 milyard dollar), Semahat Sevim Arsel 714-cü (2,6 milyard dollar) olublar.

  Siyahıda Mustafa Rahmi Koç (2,5 milyard dollar), Ferit Faiq Şahenk (2,5 milyard dollar), Şarık Tara, (2,4 milyard dollar), Erman İlıcak (2,2 milyard dollar), Suna Kıraç (2,2 milyard dollar), Filiz Şahenk (2,2 milyard dollar) və Ali İbrahim Ağaoğlu da (1,8 milyard dollar) var. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr