Cǝmil Çiçǝk Xocalı soyrımının 23-cü ildönümü ilǝ ǝlaqǝdar mesaj
Cǝmil Çiçǝk mesajında bildirib ki, soyqırımı törǝdǝnlǝr beynǝlxalq alǝm qarşısında cavab vermǝlidir.
Türkiyǝ Böyük Millǝt Mǝclisi sǝdri Cǝmil Çiçǝk Xocalı soyrımının 23-cü ildönümü ilǝ ǝlaqǝdar mesaj yayımlayıb.
Cǝmil Çiçǝk mesajında bildirib ki, soyqırımı törǝdǝnlǝr beynǝlxalq alǝm qarşısında cavab vermǝlidir. Ermǝnistan rǝhbǝrliyi, qondarma soyqırımı yalanından istifadǝ edǝrǝk ortaya qoyduğu tǝcavüzkarlığın son pǝrdǝsini 23 il öncǝ Dağlıq Qarabağda sǝhnǝyǝ qoyub.
Cǝmil Çiçǝk onu da qeyd edib ki, Ermǝnistan dövlǝtini idarǝ edǝnlǝrin ǝmri ilǝ Xocalıda silahsız günahı olmayan insanlar adamı dǝhşǝtǝ gǝtirǝn metodlarla qǝtlǝ yetirilmişdir.
“Tarixdǝ üz qaralığı kimi yer tutan belǝ faciǝnin bir daha yaşanmaması üçün millǝt olaraq daha güclü vǝ hazır olmalıyıq”-deyǝ Cǝmil Çiçǝk vurğulayıb.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.