Yerin altındakı "cənnət" gün üzünə çıxır

Kırşəhərin Mucur qəsəbəsinin yeraltı şəhəri gün üzünə çıxarılacağı günü gözləyir.

230525
Yerin altındakı "cənnət" gün üzünə çıxır

Kırşəhərin Mucur qəsəbəsinin yeraltı şəhəri gün üzünə çıxarılacağı günü gözləyir.
6 mərtəbəli yeraltı şəhərin hələ ki, 2 mərtəbəsi ziyarətə açılıb.
Mucur qəsəbəsində yerləşən yeraltı şəhəri 1974-ci ildə bir tikinti firmasının işləri zamanı aşkarlanıb.
Şəhərin miladdan sonra 3-cü və 4-cü əsrə aid olduğu təxmin edilir.
Mucur qəsəbəsi icra nümayəndəsi Arif Yalçın mövzuyla bağlı, ‘‘Xristianlığın yeni yayıldığı bir dövrdə qadağan din olması səbəbindən insanların həm dinlərini yaşamaq, həm də o zülmdən, təzyiqdən xilas olmaq üçün burada yaşadığı təxmin edilir’’deyə bildirib.
Qeyd edək ki. yeraltı şəhəri Mucur qəsəbəsinin yaşayış məntəqəsinin 70 faizinə sahibdir.
Şəhərdə yaşayış məskənləri, ambarlar və heyvanlar üçün sığınacaqlar da mövcutdur.
Gələcəkdə bu bölgənin turizm üçün cazibə mərkəzi olacağı düşünülür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr