"Hәrbi texnikalar ilә getdik və әmanәtlerimizi alıb gәtirdik"

Şah Fırat əməliyyatı beynəlxalq ictimaiyyәtin diqqәtini cәlb edib.

228288
"Hәrbi texnikalar ilә getdik və әmanәtlerimizi alıb gәtirdik"

Şah Fırat əməliyyatı beynəlxalq ictimaiyyәtin diqqәtini cәlb edib. 
Bunu deyәn Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu, Әdalәt vә İnkişaf Partiyasının Antalya Gənclik Qolları konqresində Süleyman Şah Türbesindeki Türk əsgərləri azad etmәk mәqsәdiylә təşkil edilən hərbi əməliyyatın detallarını açıqlayıb.
"Hәrbi texnikalar ilә getdik və әmanәtlerimizi alıb gәtirdik. Oradakı qüvvәlәrdin hәr birinә lazımi xəbərdarlıqları etdik” deyәn Mevlüt Çavuşoğlu, әmәliyyat әsnasında qarşıdurma olmadığını vurğulayıb.
Əməliyyatın beynəlxalq arenada әks-sәda yaratdığını ifadə edən nazir Çavuşoğlu, daha əvvəl dә girov götürülәn Mosul Başkonsolosluğu personalının 102 gün sonra hәyata keçirilәn uğurlu әmәliyyat nәticәsindә xilas edildiyini xatırladıb.
Əməliyyat ilə əlaqədar müxalifətin mövqeyindәn tənqid edən Çavuşoğlu, Türkiyənin oradakı torpaqlarını tərk etmədiyini və Suriya daxilindә sərhədin 180 metr yaxınlığında yeni torpaqlarının olduğunu, əməliyyat üçün beynəlxalq təşkilatlarla lazımi mәslәhәtlәşmәlәrin aparıldığını ancaq Türkiyənin kimsədən icazə almadığını, öz iradəsi ilə əməliyyatı reallaşdırdığını qeyd edib.
Digәr tәrәfdәn Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu, Süleyman Şah polis mәntәqәsinin daşınması işindәn sonra , ABŞ, Hollandiya, İngiltərə, Danimarka və Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirləri və NATO-nun baş katibi ilə ayrı-ayrı görüşәrәk başda əməliyyat olmaqla aktual proseslәr haqqında mәlumat verib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr