Süleyman Şah türbəsinə əməliyyat əks-səda doğurdu

Dünya mətbuat orqanları səhifələrindən

227567
Süleyman Şah türbəsinə əməliyyat əks-səda doğurdu


  İngilis xəbər agentliyi “Reuters” yazıb: "Türkiyə əsgərləri Süleyman Şah türbəsindəki əsgərləri təhliyyə edərkən gecə saatlarında Suriyaya hərbi əməliyyat reallaşdırıb".

  Agentlik o saatdan etibarən əməliyyat xəbərlərini anbaan verməyə başlayıb.

  Amerikanın “Associated Press” agentliyi yazıb: "Suriyada birliklərin qoruduğu türbənin boşaldılması üçün bir hərbi əməliyyat həyata keçirilib".

  Fransız xəbər agentliyi “AFP” "Türkiyə hərbi birlikləri Suriyada DAİŞ-in əlində olan Osmanlı türbəsini qoruyan əsgərləri buraxıb" yazıb.

  İngilis xəbər kanalı BBC-nin Web saytında bu cümlələr yer alıb: "Türkiyə Suriyaya Süleyman Şah türbəsini boşaltmaq üçün girdi".

  “New York Times” xəbəri "Türkiyə əsgərinin Suriyaya Süleyman Şah türbəsini boşaltmaq və qəbirləri gətirmək üçün girdiyi bildirilir" şəklində verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr