Özdil Nami Ankarada görüş keçirib

Şimali Kıbrıs Türk Cümhuriyyǝti Xarici İşlǝr naziri Özdil Nami Ankaraya rǝsmi sǝfǝrǝ gǝlib.

226321
Özdil Nami Ankarada görüş keçirib

Şimali Kıbrıs Türk Cümhuriyyǝti Xarici İşlǝr naziri Özdil Nami Ankaraya rǝsmi sǝfǝrǝ gǝlib.
Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu ilǝ Özdil Nami arasında keçirilǝn toplantıdan sonra mǝtbuata açıqlama verilib.
Çavuşoğlu deyib ki, cari ildǝ Kıbrısda mǝsǝlǝnin öz hǝllini tapmasını arzu edirik. Bu mövzuda Türkiyǝ ilǝ Şimali Kıbrıs Türk Cümhuriyyǝti arasında fikir ayrılığı yoxdur.
Rum icmasına sǝmimi şǝkildǝ müzakirǝlǝrǝ qayıtması üçün çağırış edǝn Çavuşoğlu bildirib ki, ǝmǝkdaşlıq edǝrǝk cari il ǝrzindǝ Kıbrıs mǝsǝlǝsinin hǝllini istǝyirik. Tǝǝssüf ki, Rum icması müxtǝlif bǝhanǝlǝrlǝ bu prosesǝ maneǝlǝr törǝdǝrǝk müzakirǝlǝrǝ qatılmadı.
“Şimali Kıbrıs Türk Cümhuriyyǝtinin mövqeyi isǝ bǝllidir. Müzakirǝlǝrin davam etmǝsini istǝyir, Annan planını dǝstǝklǝyir. Planı dǝstǝklǝmǝyǝn vǝ müzakirǝlǝrdǝn imtina edǝn tǝrǝf Rum icmasıdır”-deyǝ Xarici İşlǝr naziri Çavuşoğlu vurğulayıb.
Hǝmkarı Özdil Nami isǝ Türkiyǝyǝ verdiyi dǝstǝyǝ görǝ tǝşǝkkür edib vǝ Rum icmasının müzakirǝlǝrǝ qatılması üçün sǝylǝrini davam etdirdiklǝrini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr