Baş nazir Davudoğlunun Pakistan ziyarəti

Baş nazir Davudoğlunun Pakistan ziyarəti

222249
 Baş nazir Davudoğlunun Pakistan ziyarəti

  Baş nazir Əhməd Davudoğlu dost və qardaş ölkə Pakistanda çox mühüm görüşləri oldu, ikitərəfli əlaqələr, terrorla mübarizə və İslama qarşı birgə hərəkətetmə mövzuları müzakirə edildi.

  Baş nazir Əhməd Davudoğlunu rəsmi mərasimlə Pakistanlı həmkarı Navaz Şərif qarşıladı.
Türkiyə-Pakistan 4-cü Yüksək Səviyyəli Əməkdaşlıq Toplantısında iştirak və çıxış edən iki ölkənin baş nazirləri sonra 11 sahə üzrə əməkdaşlıq müqavilələri imzaladılar. Bundan sonra kameraların qarşısına keçdilər.

  Davudoğlu terrorla mübarizə və İslamafobiya qarşısında ortaq hərəkət etmənin əhəmiyyətindən danışdı, ABŞ-da öldürülən üç müsəlman gənc və Avropada yandırılan məscidləri xatırlatdı. Bölgədə sabitliyi təmin etmək üçün "Mübarizədə çiyin-çiyinə olmaq zamanıdır" dedi.
  Əhməd Davudoğlu iqtisadi əlaqələri də vurğulayaraq iki ölkənin ticarət həcminin 10 milyard dollara çatdırılmasını hədəfə aldıqlarını söylədi.
  Pakistanın baş naziri Navaz Şərif də öz növbəsində "Türkiyənin bölgəyə göstərdiyi maraq və atdığı addımlara görə” təşəkkür etdi.

  İki baş nazir daha sonra “Türkiyə-Pakistan İş Forumu”nda iştirak etdilər. Davudoğlu “Türkiyədə bu gün siyasi sabitlik varsa, gələcəyini planlamışsa, bu, bir müvəffəqiyyət hekayəsidir" dedi. Rəqəmlərlə Türkiyə iqtisadiyyatının gəldiyi nöqtəni izah edən Baş nazir turizm sahəsindəki yüksəlişi də diqqətə çatdırdı. O, Rifah Beynəlxalq Universiteti tərəfindən təşkil edilən konfransda da olub və çıxış edib.

  Sonra Pakistan prezidenti Məmnun Hüseyn tərəfindən qəbul olunan Əhməd Davudoğluna ölkənin “Dövlət Nişanı” ordeni verildi.

  Görüşlərini tamamlayan Baş nazir Pakistandan ayrılaraq Vətənə döndü.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr