Türkiyə BRIC-dən daha sürətlə böyüyür

Türkiyə BRIC-dən daha sürətlə böyüyür

219842
Türkiyə BRIC-dən daha sürətlə böyüyür

  “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyinin uzun illərdir direktoru olan Paul Rawkins Türkiyənin iqtisadi böyüməsinin Braziliya, Rusiya, Hindistan və Çin, yəni BRIC ölkələrinə nisbətən daha yaxşı getdiyini söyləyib.

  Türkiyənin inflyasiya cəbhəsində müsbət proses keçdiyinə işarə edən Rawkins “Ölkənin ümumdaxil məhsul (GSYH) barədə 6,5 faiz geriləyəcəyini, 2016-ci ildə 5,5 olacağını təxmin etmişdik, amma dünya neft qiymətlərindəki sürətli enmə Türkiyə iqtisadiyyatına təsir müsbət etdi və o, inflyasiyaya uğramadı” deyib.
Rawkins onu da qeyd edib ki, “Türkiyə üçün bu il iqtisadi böyümənin 2,7 faizdən 3-ə qədər artacağı” gözlənilir.

  Türkiyənin növbəti kredit qeydi və görüntüsünü 20 martda açıqlayacaq “Fitch Ratings” agentliyi hələ oktyabr ayında verdiyi hesabata görə “Türkiyəyə investisiya qoyula bilər” deyə bildirib.

  Qeyd edək ki, Türkiyə artıq yanvar ayında 4 milyard liraya yaxın gəliri olduğu açıqlayıb. Maliyyə Nazirliyinin məlumatına görə, yanvar ayında büdcə gəlirləri ötən ilin eyni ayıla müqayisədə 5,8 artaraq 40 milyard 100 milyon lira, çıxarları isə 36 milyard 300 milyon olub.

  Maliyyə naziri Mehmet Şimşek “Son dövrlər maliyyə bazarlarında olan dalğalanmalar iqtisadiyyata da bir sıra xoşagəlməz təsirlər buraxdı, amma yanvar ayının hesabatı bir daha göstərdi ki, bu inflyasiya Türkiyəyə sərhədlərinə girə bilmədi" deyib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr