Ankaradan Avropa Parlamentinə sərt reaksiya

Ankaradan Avropa Parlamentinə sərt reaksiya

218877
Ankaradan Avropa Parlamentinə sərt reaksiya

  Ankara Avropa Parlamentinin Baş Qərargahında qəbul edilən "Qıbrızda itkin düşən şəxslər haqqında qərar"ı “təktərəfli qərar” adlandırıb.

  Xarici İşlər Nazirliyi katibi Tanju Bilgiç bu hərəkətə münasibət bildirərək belə deyib: "Qərar tək tərəflidir. Bununla Avropa Parlamenti öz adına kölgə salır. Çünki Qıbrızda itkin düşənlər bir insanlıq dramıdır və bu, təkcə Rumları deyil, adadakı bütün Türkləri də maraqlandıran həssas məsələdir”.

  1963-1974-cü illərdə itkin düşənlər arasında qıbrızlı türklərin də çox olduğunu diqqətə çatdıran Tanju Bilgiç onu da bildirib ki, "Qərarda itkin düşən qıbrızlı türkləri nəzərə almamaq və özlərini bilməməzliyə vuraraq belə bir qərar qəbul etmək son dərəcə haqsızlıqdır və bu təktərəfli qərar bizim tərəfimizdən qəti şəkildə qəbul oluna bilməz.”


Etiketlәr:

Әlaqәli Xәbәrlәr