Avropa İttifaqı işlәri üzrә nazir vә baş mәslәhәtçi Volkan Bozkı

Nazir Avropa İttifaqı rǝsmilǝri başda olmaqla, türk qeyri-hökumǝt tǝşkilatlarının nümayǝndǝlǝri ilǝ dǝ bir araya gǝlib.

216876
Avropa İttifaqı işlәri üzrә nazir vә baş mәslәhәtçi Volkan Bozkı

Volkan Bozkır Avropa İttifaqı rǝsmilǝri başda olmaqla, türk qeyri-hökumǝt tǝşkilatlarının nümayǝndǝlǝri ilǝ dǝ bir araya gǝlib.
Nazir Bozkır sǝfǝrinin Türkiyǝnin İttifaqa baxışını, hansı işlǝri gördüyünü izah etmǝk vǝ Türkiyǝdǝn gözlǝntilǝrin nǝlǝr olduğunu aydınlaşdırmaq baxımından ǝhǝmiyyǝt kǝsb etdiyini bildirib.
Volkan Bozkır gündǝmdǝki önǝmli mövzulardan birinin dǝ, Gömrük Birliyi sazişinǝ yenidǝn baxılması mǝsǝlǝsi olduğunu vurğulayayıb. O bildirib ki, Gömrük Birliyi üçün yeni ǝsasların qǝbul edilmǝsi ilǝ ticarǝt hǝcmi iki dәfә artacaq. Yaxın zamanda isә ticarǝt hǝcmi 150 milyarddan 300 milyarda yüksǝlǝcǝk. İki tǝrǝfin dǝ qazancı olacaq.
Avropa İttifaqı vǝ ABŞ arasında müzakirǝ edilǝn Trans-Atlantik Azad Ticarǝt müqavilǝsinǝ dǝ diqqǝt çǝkǝn nazir Bozkır, Gömrük Birliyinin yeni şǝrtlǝrinǝ üçüncü ölkǝlǝrlǝ imzalanan sazişlǝrǝ dair dǝ yeni maddǝlǝrin ǝlavǝ edilmǝsini istǝdiklǝrini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr