ABŞ-da 3 müsəlman gəncin öldürülməsilə bağlı çıxışlar davam edir

Mərhum gənclər üçün vaxtilə oxuduqları Şimali Karolina Universitetində xatirə tədbiri keçirilib, ictimai mediada da 10 minlərlə adam "Müsəlmanların həyatı da qiymətlidir" adı altında şüarlar paylaşıblar.

217606
ABŞ-da 3 müsəlman gəncin öldürülməsilə bağlı çıxışlar davam edir

   TRT özəl yayımına qatılan baş nazir Əhməd Davudoğlu da məsələyə laqeyd qalmayaraq bunları bildirib: “Son zamanlar dünyada müsəlmanlara qarşı şiddət hərəkətləri genişlənməyə başlayıb. Bu hücum müsəlman gənclərə əgər irqçilik niyyətilə edilibsə, bütün dünya liderləri ortaq münasibət nümayiş etdirməlidirlər.”
  Xatırladaq ki, Şimali Karolina Universitetində oxuyan 23 yaşlı Deah Şadi Bərəkət, 21 yaşlı həyat yoldaşı Yusor Məhəmməd və onun 19 yaşlı qardaşı Reza Məhəmməd evlərində vurularaq öldürülmüşdü.
  Türkiyədəki Suriyalı qaçqın tələbələrə yardım kampaniyası təşkil edən Bereket Diş Həkimliyi fakültəsində təhsil alırdı və Yusor Məhəmmədlə yeni evlənmişdi.
  Hadisəni törədən, eyni universitetdə hüquq fakültəsində oxuyan 46 yaşlı Kreyq Stiven Hiks (Craig Stephen Hicks) o zaman günahını etiraf edərək polisə təslim oldu və istintaqda səbəb olaraq guya parkda münaqişələri olduğunu dedi. Amma insan hüquqları təşkilatları və qurbanların ailələri hadisənin əsl səbəbinin müsəlmanlığa nifrətdən qaynaqlandığını biıdirirlər. Çünki Hiksın ictimai paylaşmalarında dinin əleyhinə olan mesajları diqqət çəkir.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr