Xaricilәrin mәşğulluğuna dair qanun layihәsi

Xaricilәrin mәşğulluğu ilә bağlı qanun layihәsi Mәclis Sәdrliyinә tәqdim edilib.

215217
Xaricilәrin mәşğulluğuna dair qanun layihәsi

Xaricilәrin mәşğulluğu ilә bağlı qanun layihәsi Mәclis Sәdrliyinә tәqdim edilib.
Әmәk vә Sosial Tәminat Nazirliyi tәrәfindәn hazırlanan qanun layihәsi xaricilәrin mәşğulluğu ilә bağlı bir sıra әsasları ehtiva edir.
Layihәyә әsasәn, Әmәk vә Sosial Tәminat Nazirliyi tәrkibindә “Xaricilәrin Mәşğulluğuna dair Müdirlik” vә Xaricilәrin Mәşğulluğu üzrә Siyasi Mәşvәrәt Şurası yaradılacaq.
Qanunun qüvvәyә minmәsiylә Türkiyәnin imzaladığı müqavilәlәr vә ya beynәlxalq sazişlәrdә mәşğulluq icazәsi almadan işlәyә bilәcәyi bildirilәn xaricilәr bu haqla tәmin edilәcәklәr.
Türkiyәdә uzun müddәt qeydiyyata düşmәk vә әn azı 8 il qanuni mәşğulluq icazәsi olan xaricilәr müddәtsiz mәşğulluq icazәsi almaq üçün müraciәt edә bilәcәklәr.
Mәşğuluq icazәsi olmayan xaricilәr isә ölkәdәn çıxarılacaqlar.
Xarici sәhiyyә personalının Türkiyәdә işlәyә bilmәsinә dә imkan yaradan qanun layihәsinә әsasәn, xaricilәrin işә qәbul vә tәyin edilmәlәrinә dair әsasları Sәhiyyә Nazirliyi müәyyәn edәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr