Türkiyəyə investisiya qoyan qazanır

Baş nazir müavini Əli Babacan Beynəlxalq Maliyyə İnstitutu (IIF) tərəfindən təşkil edilən “Türkiyənin başçılığı ilə G-20 Gündəmi” konfransında çıxış edib və sonra mətbuatı maraqlandıran suallara cavab verib.

214909
Türkiyəyə investisiya qoyan qazanır

OECD-in baş katibi Anqel Qurianın (Angel Gurria) da qatıldığı yığıncaqda Babacan təşkilatları sərmayə qoymağa çağırıb. O, “qlobal iqtisadiyyatın hələ də yüksək işsizlik nisbəti, məhsuldarlığın azalması, cəmiyyətin yüksək büdcə kəsiri və maliyyə sektorundakı çətinliklərlə qarşı-qarşıya qaldığını” dilə gətirib. Bunları nəzərə alaraq, “Türkiyənin 3 məsələyə - tətbiq, investisiya və əhatəlilik prinsiplərinə riayət etdiyini və qazandığını” vurğulayıb.
  İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) ilə Beynəlxalq Valyuta Fondunun (IMF) birgə analizindən gələn nəticəni də söyləyən Babacan “bunlar bütün ölkələrdə həyata keçirilsə, qlobal iqtisadiyyat 5 il içində 2 dəfə çox inkişaf edə bilər” deyib.

  Mərkəzi Bankın İdarə Heyətinin sədri Erdem Basçı isə "Türkiyədə qiymət sabitliyi və böyümə" mövzusunda danışaraq çıxışında "İnflyasiya hədəfimiz 5 faizdir və biz bunu əldə edəcək, qiymət sabitliyini qoruyacağıq” deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr