Şri Lankada çiçəyə Ərdoğanın adı verilib

Şri Lankada əldə edilən yeni növ səhləb (orkide) çiçəyinə Türkiyənin bu ölkəyə maddi və mənəvi dəstəklərinə görə dövlət başçısı Ərdoğanın adı verilib.

212804
  Şri Lankada çiçəyə Ərdoğanın adı verilib

  Şri Lankanın səfiri Bxarat Viceretne (Bharath Wijeratne) Bursa valisi Münir Karaloğlu ilə görüşüb. Səfir Türkiyəyə məhəbbətini bu sözlərlə dilə gətirib: "Mən Türkiyəni öz ölkəmdən ayrı görmürəm. Şri Lanka ilə Türkiyə arasındakı bu qardaşlıq bağını daha da möhkəmlətmək üçün əlimizdən gələni edirik.

  Viceretne (Wijeratne) 2005-ci ildə Sunami fəlakətinə görə etdiyi köməyə Türkiyəyə bir daha minnətdarlığını ifadə edib və Karaloğluna “Rəcəb Tayyib Ərdoğan” adını verdikləri yeni növ səhləb (orkide) çiçəyinin fotoşəkilini bağışlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr