ABŞ Dövlǝt katibi Kerrinin etirafı

ABŞ Suriya vǝ İraq mәsәlәsindә Türkiyǝnin tǝkliflǝrini diqqǝtdǝ saxlamadığı üçün üzgün olduğunu bildirib.

211858
ABŞ Dövlǝt katibi Kerrinin etirafı

ABŞ Suriya vǝ İraq mәsәlәsindә Türkiyǝnin tǝkliflǝrini diqqǝtdǝ saxlamadığı üçün üzgün olduğunu bildirib.
ABŞ Dövlǝt katibi Con Kerri bu etirafı şǝxsǝn hǝmkarı Mövlud Çavuşoğlu ilǝ görüşündǝ dilǝ gǝtirib.
Çavuşoğlu televiziya kanallarından birindǝ qatıldığı proqramda deyib ki, ABŞ rǝhbǝrliyi vaxtında Türkiyǝnin tǝklif vǝ analizlǝrini diqqǝtdǝ saxlamadıqlarına görǝ üzgün olduqlarını hǝm toplantılarda, hǝm dә ikitǝrǝfli görüşlǝrdǝ dilǝ gǝtirdilǝr. Con Kerrinin özü dǝ bunu etiraf etdi.
Terrorla mübarizǝdǝ ǝmǝkdaşlığın ǝhǝmiyyǝtinǝ diqqǝt çǝkǝn Çavuşoğlu bildirib ki, xarici ölkǝ vǝtǝndaşlarından döyüşmǝk mǝqsǝdi ilǝ Suriyaya keçişlǝrin qarşısının alınması tǝdbirlǝri çǝrçivǝsindǝ 9915 nǝfǝrin Türkiyǝyǝ girişi qadağan edilib. 1065 nǝfǝr isǝ tǝhlükǝsizlik qüvvǝlǝri tǝrǝfindǝn ölkǝdǝn çıxarılıb.
Xarici işlǝr naziri Çavuşoğlu Yunanıstandakı yeni hökumǝtlǝ bağlı olaraq isǝ deyib ki, Yunanıstanın iqtisadi vǝ siyasi sahǝdǝ sabitliyǝ qovuşması Türkiyǝ üçün dǝ problemlǝrin hǝlli vǝ Kıbrıs müzakirǝlǝri baxımından daha yaxşı zәmin olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr