Türkiyədə oxuyan xarici tələbələr TRT-də

Türkiyədə oxuyan xarici tələbələr TRT-də

208193
Türkiyədə oxuyan xarici tələbələr TRT-də

  Xarici Ölkə Türkləri və Qohum Birliklər Qurumunun layihəsiylə Türkiyə universitetlərində magistr və doktorluq dərəcələri alan 60 tələbə bir həftə boyu TRT-də olacaq. Tələbələri TRT-nin baş direktoru Şenol Göka qəbul edib və onlara tövsiyyələrini çatdıraraq deyib:
  "Aldığınız təhsillə kifayətlənməyin. Seçdiyiniz peşəni bilik və bacarığınızla hər zaman inkişaf etdirin".

  Şenol Göka tələbələrə Türkiyə ilə əlaqələri heç zaman kəsməməyi məsləhət görüb.

  Xarici Ölkə Türkləri və Qohum Birliklər Qurumu başqa diyarlardan gələn minlərlə tələbənin bir Türkiyə könüllüsü olmasını istəyir və bununçün çalışır. Qeyd edək ki, onun xəttilə Türkiyənin ictimai təşkilatlarında 170 ölkədən 15 min tələbə təcrübə keçir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr