Türk tarixi baxımından əhəmiyyət kәsb edәn simpozium

10-12 Fevralda Türk tarixi baxımından əhəmiyyət kәsb edәn bir simpozium keçirilәcәk.

200517
Türk tarixi baxımından əhəmiyyət kәsb edәn simpozium

Kolumbiyanın paytaxtı Boqotadaki Externado Universiteti, 10-12 Fevralda Türk tarixi baxımından əhəmiyyət kәsb edәn bir simpoziuma ev sahibliyi edəcək.
Ankara Universitetinin əməkdaşlığı ilә təşkil ediləcək "1915-Osmanlı İmperatorluğunun En Uzun ili" mövzulu simpoziuma, 12 ölkədən (Meksika, Kolumbiya, Meksika, Kuba, Venesuela, İspaniya, Bolqarıstan, Kanada, Türkiyə, Peru, Kosta Rika və Çili) 22 nümayәndә iştirak edәcәk.
Ankara və Externado Universitetlərinin rektorları Prof. Dr. Erkan İbiş və Juan Carlos Henao tәrәfindәn açıq elan edilәcәk olan simpozium, "Böyük müharibәnin Osmanlı İmperatorluğu üzərindəki təsirini vurğulamaq vә Latın Amerika ictimaiyyətinin 1915-in Osmanlı İmperiyası üçün nə qәdәr çətin bir il olduğu mövzusunda məlumatlandırmaq mәqsәdiylә keçirilir.
Simpoziumun açılış və bağlanışı mәrasimlәrindә Mədəniyyət və Turizm Nazirliyi sənətçilərindən ibarət "İki Kəlmə" adlı musiqi qrupu konsert verәcәk. Sempozyumla bağlı әtraflı məlumat “imperiootomano1915.blogspot.com” internet sәhifәsi ünvanından әldә edilә bilәr.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr