"Ailə paketi islahatı" Türkiyə Böyük Millət Məclisinə təqdim

Baş Nazir Əhməd Davudoğlunun açıqladığı islahat paketində, analara yarı iş gününə tam maaş verilməsi, analara doğum yardımı, 18 yaşından kiçiklər üçün isə cehiz yardımı kimi yeniliklər var.

198154

28 maddədən ibarət qanuna əsasən, işçilər 16 həftəlik ödənişli doğum icazənin ardından ilk uşaq üçün 8 həftə, ikinci uşaq üçün 16 həftə, üçüncü uşaq üçün isə 24 həftə, əlil uşaqları olan analar isə 360 gün yarım gün işləyəcəklər.
Aradakı maliyyə fərqi isə özəl sektora dövlət tərəfindən ödəniləcək.
Dövlət məmuru olan analar isə 24 aylıq pulsuz icazə əvvəli yarım iş günü hüququndan istifadə edəcək.
Uşağı olan məmur, uşaq ibtidai təhsilinə başlayana qədər normal iş müddətinin yarısı qədər iş tələb edə biləcək.
Övladlığı olan məmurlar da eyni hüquqlardan istifadə edəcək.
Hər anaya uşaq dünyaya gətirdiyi anda, ilk uşaqda 300 Türk Lirəsi, ikinci uşaqda 400 Türk Lirəsi, üçüncü uşaqda isə 600 Türk lirası doğum yardımı veriləcək.
Dövlət, 18 yaşından sonra istifadə edilmək üzrə uşaqlar üçün açılacaq cehiz hesabına 15 faiz nisbətində qatqı təmin edəcək.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr