Baş nazir Davudoğlu görüşlǝrini davam etdirir

Dünya İqtisadi Forumuna qatılmaq mǝqsǝdi ilǝ Davosda olan Baş nazir Әhmǝd Davudoğlu görüşlǝrini davam etdirir.

194594
Baş nazir Davudoğlu görüşlǝrini davam etdirir

Dünya İqtisadi Forumuna qatılmaq mǝqsǝdi ilǝ Davosda olan Baş nazir Әhmǝd Davudoğlu görüşlǝrini davam etdirir.
İlk olaraq “İnkişaf edǝn G-20” adlı toplantıya qatılan Baş nazir, daha sonra, İstanbul Maliyyǝ Mǝrkǝzi tǝrǝfindǝn tǝşkil edilǝn “Birja İstanbul:Nǝ üçün Türkiyǝ?” mövzulu iclasda çıxış edib.
Davudoğlu, Türkiyǝdǝki maliyyǝ vǝ sǝrmayǝ qoyuluşu sahǝsindǝki müsbǝt vǝziyyǝtǝ işarǝ edǝrǝk beynǝlxalq şirkǝtlǝrǝ yatırım üçün çağırış edib. İstanbulun coğrafi mövqeyini dǝ tǝriflǝyǝn Baş nazir, tikinti işlǝri davam edǝn 150 milyon sǝrnişin tutumlu yeni hava limanına işarǝ edǝrǝk İstanbuldan 60 ölkǝyǝ 4 saatda sǝyahǝt etmǝ imkanı olduğunu qeyd edib.
“30 il öncǝ Türkiyǝdǝ 14 milyard dollar hǝcmindǝ xarici sǝrmayǝ qoyulurdu, bu gün isǝ bu rǝqǝm 146 milyard dollara çatıb. Ölkǝmizdǝ sǝrmayǝ qoyulmasının qarşısındakı maneǝlǝr götürülüb vǝ hüquq qaydaları nizamlanıb” deyǝ Davudoğlu vurğulayıb.
Baş nazir, iclasda etdiyi çıxışda, Türkiyǝdǝki hava vǝ dǝmir yolları sahǝsindǝ hǝyata keçirilǝn layihǝlǝrdǝn dǝ danışıb.
Davudoğlu, Davosdakı proqramında ikitǝrǝfli görüşlǝr dǝ keçirir.
Avstriya Baş nazirinin müavini Reinhold Mitterlehneri qǝbul edǝn Әhmǝd Davudoğlu, Yeni Zelandiyanın Baş naziri John Key ilǝ dǝ bir araya gǝlib.
Baş nazir, vǝtǝnǝ qayıtmadan öncǝ dǝ, başqa dövlǝt vǝ hökumǝt rǝhbǝrlǝri ilǝ yanaşı, beynǝlxalq iş çevrelǝri ilǝ yanaşı fikir adamları ilǝ ikitǝrǝfli görüşlǝr keçirǝcǝk, İsveçrǝdǝ yaşayan Türk icmasının nümayǝndǝlǝri ilǝ dǝ bir araya gǝlǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr