Türkiyə yarımadaya nümayəndə heyəti göndərəcək

Türkiyə Krım tatarlarının vəziyyətini yerində öyrənmək üçün yarımadaya nümayəndə heyəti göndərəcək.

185550
Türkiyə yarımadaya nümayəndə heyəti göndərəcək

Türkiyə Krım tatarlarının vəziyyətini yerində öyrənmək üçün yarımadaya nümayəndə heyəti göndərəcək.
Xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib ki, Krımı ilhaq edǝn Rusiya Krım tatarlarının haqları mövzusunda vǝdlǝr verdi. Tǝǝssüf ki bu vǝdlǝr elǝ çox yerinǝ yetirilmǝdi.
O bildirib ki, bu məsələ Rusiya rəhbərliyi ilə razılaşdırılıb və onlar Krımda nümayəndə heyətinin işinə kömək edəcəklər: “Biz Rusiyaya 100-ə yaxın Krım tatarının adı olan siyahı təqdim etmişik. Ankaranın əldə etdiyi məlumata görə, həmin şəxslər Krım Tatar Məclisinin üzvləri ilə əlaqəyə görə əziyyət çəkiblər, bəziləri hücuma məruz qalıb, bir qismi isə itkin düşüb”.
Xarici işlǝr naziri, “Rusiya ilǝ ǝlaqǝlǝrimizin yaxşı olması Türkiyǝnin Rusiyanın Ukraynada etdiklǝri vǝ Krımı ilhaq etmǝ haqqını tanıdığı mǝnasını daşımır. İndiyǝdǝk bu vǝdlǝrin elǝ çox yerinǝ yetirilmǝdiyini gördük. Rusiya bizim dostumuzdur, ancaq sǝhvi varsa bunu da söylǝmǝk mǝcburiyyǝtindǝyik.
Çavuşoğlu qeyd edib ki, Türkiyə Ukraynadakı böhranın həlli məqsədi ilə Moskva ilə Kiyev arasında dialoqun qurulması üçün səy göstərir.
İraqda hakimiyyǝtdǝ olan yeni rǝhbǝrliklǝ ǝlaqǝlǝrdǝ yeni bir sǝhifǝ açıldığına işarǝ edǝn Çavuşoğlu bildirib ki, biz terrorla mübarizǝdǝ DEAŞ-la mübarizǝdǝ İraqın vǝ İraq xalqının yanındayıq. Şimalda peşmergǝyǝ bu günǝ qǝdǝr çox dǝstǝk verdik, vermǝyǝ dǝ davam edǝcǝyik. Onların tǝliminǝ dǝ dǝstǝk oluruq.
Çavuşoğlu, sülh müzakirǝlǝri üçün Türkiyǝ olaraq hǝll yolları axtardıqlarına işarǝ edǝrǝk deyib ki, biz hǝr yolu tǝklif etdik. Qıbrıs Türk xalqının haqqı, BMT vǝ ya Dünya Bankı daxilindǝ mühafizǝ edilsin. Biz bunların hamısını qǝbul edirik. Mǝsǝlǝ hǝllini tapsın bizim üçün kifayǝtdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr