Muriel Domencah:"Fransada din xadimlǝrini vǝ ya hökumǝti ǝlǝ sal

Fransanın İstanbul Baş konsulu Muriel Domenach, Parisdǝki terror aktları haqqında danışıb.

185344
Muriel Domencah:"Fransada din xadimlǝrini vǝ ya hökumǝti ǝlǝ sal

Fransanın İstanbul Baş konsulu Muriel Domenach, Parisdǝki terror aktları haqqında danışıb. Domenach, “İslamofobiya tǝlǝsinǝ qǝti olaraq düşmǝyǝcǝyiq” deyib.
İstanbulda Bǝyoğlundakı Fransız Sarayında Anadolu xǝbǝrlǝr agentliyi müxbirinin suallarına cavab verǝn Domenach, “Charlie Hebdo”ya vǝ yǝhudilǝrin işlǝtdiyi bir marketǝ yönǝldilmiş terror aktlarını dǝyǝrlǝndirib.
O deyib ki, Fransada da bir sıra İslam ǝleyhinǝ hǝrǝkǝtlǝr var. İrqçilik vǝ ayrı-seçkiliyǝ qarşı hüquqi tǝdbirlǝr görülüb. Xüsusilǝ dǝ bu İslamofobiya tǝlǝsinǝ düşmǝk istǝmirik. Bizi terrorizmin İslam ilǝ üst-üstǝ düşdüyünǝ inandırmağa cǝhd göstǝrirlǝr. Bu tǝlǝyǝ qǝti olaraq düşmǝmǝliyik.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr