"Beynǝlxalq ictimaiyyǝt terrorla mübarizǝdǝ ikiüzlü rǝftar edir"

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan, Fransada yaşanan terror aktlarını dǝyǝrlǝndirib.

182877
"Beynǝlxalq ictimaiyyǝt terrorla mübarizǝdǝ ikiüzlü rǝftar edir"

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan, Fransada yaşanan terror aktlarını dǝyǝrlǝndirib.
Әrdoğan, Fǝlǝstin Dövlǝt rǝhbǝri Mahmud Abbas ilǝ tǝşkil edilǝn ortaq mǝtbuat toplantısında, beynǝlxalq ictimaiyyǝtin terrorla mübarizǝdǝ ikiüzlü rǝftar etdiyini dilǝ gǝtirib.
Fransız vǝtǝndaşı olan cinayǝtkarların 16 ay mǝhkumiyyǝtdǝn sonra Fransada kǝşfiyyat tǝşkilatı tǝrǝfindǝn kifayǝt sǝviyyǝdǝ tǝqib edilmǝdiyini vurğulayıb.
Dövlǝt başçısı, Fransada terrora qarşı keçirilǝn hǝmrǝylik yürüşünǝ qatılan İsrail Baş naziri Benyamin Netahyahunu da tǝnqid edǝrǝk deyib ki, hansı sifǝtlǝ oraya getdi, bunu başa düşmǝkdǝ çǝtinlik çǝkirǝm. Bu şǝxs Qǝzzada 2500 insanı qǝtlǝ yetirǝrǝk bir dövlǝt terroru hǝyata keçirmişdir. Siz qǝtlǝ yetirdiyiniz uşaqların, qadınların hesabını verin.
Suriyada 350 min insanın ölümü qarşısında da dünya ictimaiyyǝtinin sǝsi belǝ çıxmadı. Suriyada da dövlǝt terroru var. Ona qarşı da reaksiya göstǝrǝn yoxdur. Hǝr kǝs oturub bu terroru izlǝyir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr