İstanbulda Respublika tarixindә ilk dәfә yeni bir kilsә inşa edilir

Davudoğlu, Türkiyədəki geyri müsəlman azlıq camaat liderləriylә ötәn gün İstanbulda bir araya gәlib.

169387
İstanbulda Respublika tarixindә ilk dәfә yeni bir kilsә inşa edilir

Baş nazir Əhməd Davudoğlu, Türkiyədəki geyri müsəlman azlıq camaat liderləriylә ötәn gün İstanbulda bir araya gәlib.
Yığıncaqda Respublika tarixində ilk dəfə İstanbul Yeşilyurtda yeni bir kilsənin tikilәcәyi bildirilib.
Dolmabaxçadakı qәbulda aralarında Diyanət İşləri Başçısı Mәhmәt Görmәz, Fənər Rum Patriarxı Barthalomeos, Türk Yəhudi Xaxambaşı Isak Haleva-nın da olduğu dini liderlər iştirak ediblәr. Yığıncaqda Davudoğlu ilә söhbәt edәn dini liderlәr, Türkiyədə son 10 il әrzindә azlıqlara baxışın dəyişdiyini, İskəndərunda kinoteatr olaraq istifadə edilən bir kilsənin bərpa edilməsi və başqa ölkәlәrә köç edәn azlıqların yenidәn Türkiyәyә çağırılması bu dәyişimin göstәricisidir deyiblәr.
Baş nazir Davudoğluda yığıncaqda etdiyi çıxışında Mövlud, Milad və Hanuka bayramını tәbrik edib. Qeyri müslüm camaat mənsublarının Türkiyə Respublikasının bərabər hüquqlu vətəndaşları olduğunu, Süryani Camaatının İstanbul Yeşilyurtda inşa etdirәcәyi kilsə üçün dövlətin yer təsis edəcәyini bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr