Türkiyə dünyanın hər yerinə yardım çatdırmaqda davam edir

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Sǝdrliyi (TİKA) Seneqala qadınların peşə təhsili üçün kömək vəsaiti və avadanlıq göndǝrib.

162878
Türkiyə dünyanın hər yerinə yardım çatdırmaqda davam edir

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Sǝdrliyi (TİKA) Seneqala qadınların peşə təhsili üçün kömək vəsaiti və avadanlıq göndǝrib.
Seneqalda paytaxtı Dakarın Parcellees Assainies bölgəsində yaşayan qadınlara peşə öyrǝtmǝk mǝqsǝdi ilǝ qurulan Regional Qadın Dəstək və Təhsil Mərkəzinin açılış mǝramisi olub.
Mərasimdə çıxış edǝn TİKA-nın sǝdr müavini Mehmet Süreyya Әr, Türkiyənin 2002-ci ildə yardımlarının 85 milyon dollar olduğunu, 2013-dǝ ildǝ isə bu rəqəmin 3.3 milyard dollara çatdığını, bu yardımın 31 faizinin isə Afrikaya edildiyini bildirib.
Türkiyənin Seneqala istiqamətli yardımlarının 2014-ci ildə cəmi 3 milyon dollar olmasının gözlənildiyini ifadə edən Әr, səhiyyə sahəsində də bir çox xəstəxanaya avadanlıq dəstəyi təmin edildiyini söyləyib.
Seneqalın Qadın və Ailə mǝsǝlǝlǝri üzrǝ naziri Marieme Sarr isə TİKA-nın bu günə qədər Seneqalda apardığı fǝaliyyǝtlǝrini vǝ təhsilə verdiyi dǝstǝyini tǝriflǝyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr