Türkiyənin yeni hədəfi "döyüş təyyarəsi"dir

Milli Müdafiə naziri, müdafiə sənayesi sahəsindəki sərmayələrə böyük əhəmiyyət verdiklərini vurğulayaraq, bu sahədə Türk ordusunun daha da gücləndiyini bildirib.

148613
Türkiyənin yeni hədəfi "döyüş təyyarəsi"dir

Milli Müdafiə Naziri İsmət Yılmaz, ötən gün verdiyi açıqlamada müdafiə sənayesi sahəsindəki sərmayələrə böyük əhəmiyyət verdiklərini vurğulayaraq, bu sahədə Türk ordusunun daha da gücləndiyini bildirib.
Türk ordusunun, bu anda dünyanın ən böyük 10 ordusu sırasında olduğuna diqqəti çəkən Yılmaz, “Hal hazırda silahlı qüvvələrimizin ehtiyacının 55 faizini ödǝyirik. 2023-ci ilə qədər, artıq silahlı qüvvələrimizin ehtiyaclarını bütünlüklə ödǝmǝyi planlaşdırırıq” deyə vurğulayıb.
Yılmaz, Türkiyənin hədəfinin quruda, dənizdə və havada öz texnikalarından istifadə edən bir ordu olduğunu, bunun üçün də döyüş təyyarəsinə ehtiyac duyulduğunu ifadə edərək “Əgər Müdafiə Sənayesi yoxdursa tam müstəqillikdən danışmaq mümkün deyil. Biz də bu məqsədlə müdafiə sənayesi sərmayələrini davam etdiririk” deyə bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr