Türk komandirə Almaniyadan şərəf medalı

Almaniya prezidenti Joachim Gauck tərəfindən göndərilən gümüş şərəf medalı, Kahramanmaraş Qarnizon Komandiri Kərim Acara təqdim olunub.

146237
Türk komandirə Almaniyadan şərəf medalı

Almaniya prezidenti Joachim Gauck tərəfindən göndərilən gümüş şərəf medalı, Kahramanmaraş Qarnizon Komandiri Kərim Acara təqdim olunub.
Almaniya Müdafiə Nazirliyi Parlament Daimi katibi Ralf Brauksiepe də mərasimdə iştirak edib. Tədbir iki ölkənin milli marşının oxunmasıyla başlayıb. Ralf Brauksiepe çıxışında, “Qazi Qərargahındakı əsgərlər və Türkiyənin Alman patriot əsgərləri! Dostunuz və müttəfiqiniz olaraq hava müdafiə qüvvələrimizlə buradayıq. Sizin səylərinizin nəticəsində Türk və Alman əsgərləri arasında güvən və dostluq yaranıb. Bütün Alman əsgərlərimiz adından sizə təşəkkür edirəm” deyə bildirib. Daha sonra Brauksiepe, prezident Joachim Gauck adından Kərim Acarı şərəf medalı ilə təltif edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr