Türkiyə ilə Polşa arasındakı diplomatik əlaqələrin 600-cü ildönü

Türkiyə ilə Polşa arasındakı diplomatik əlaqələrin qurulmasının 600-cü ili münasibətilə keçirilən mərasim qala gecəsi ilǝ sona çatıb.

141538
Türkiyə ilə Polşa arasındakı diplomatik əlaqələrin 600-cü ildönü

Türkiyə ilə Polşa arasındakı diplomatik əlaqələrin qurulmasının 600-cü ili münasibətilə keçirilən mərasim qala gecəsi ilǝ sona çatıb.
Varşavada keçirilən qalanın açılışını Baş nazir Əhməd Davudoğlu ilə Polşanın Baş naziri Eva Kopaç edib.
Möhtəşəm gecədə Baş nazirlər iki ölkə arasındakı əlaqələrin inkişafı haqqında danışıb. Türkiyə və Polşa arasındakı dostluğun artaraq davam edəcəyini ifadə edən Baş nazir Davudoğlu ölkələr arasında vizasız rejim müjdəsini verib.
Kopaç isə Türklərə tətbiq olunan Şengen vizasının ləğvi üçün çalışacaqlarını və Polşanın, Türkiyənin Avropa İttifaqı üzvlüyünə dəstək verməyə davam edəcəyini bildirib.
Çıxışlardan sonra qala gecəsi, Bursa Simfonik Orkestrinin səsləndirdiyi parçalar ilə davam edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr