Litva prezidenti Dalya Qribauskayt Türkiyǝdǝ sǝfǝrdǝdir

Qonaq prezident ölkǝsinin Türkiyǝnin Avropa İttifaqına tamhüquqlu üzvlük prosesinǝ dǝstǝyini davam etdirǝcǝyini bir daha dilǝ gǝtirib.

141424
Litva prezidenti Dalya Qribauskayt Türkiyǝdǝ sǝfǝrdǝdir

Litva prezidenti Dalya Qribauskayt Türkiyǝdǝ sǝfǝrdǝdir.
Qonaq prezident, Ankarada ilk öncǝ Anıtqǝbiri ziyarǝt edib. Daha sonra Cümhurbaşqanlığı Sarayında Dövlǝt başçısı Әrdoğan tǝrǝfindǝn rǝsmi mǝrasimlǝ qarşılanıb. İki hǝmkarın tǝkbǝtǝk görüşündǝn sonra heyǝtlǝrarası görüş baş tutub.
Görüşlǝrdǝn sonra iki ölkǝ arasında ticarǝtin inkişaf etdirilmǝsi üçün ortaq komissiya qurulmasına dair vǝ Avropa İttifaqı mövzusunda ǝmǝkdaşlığı nǝzǝrǝ alan müqavilǝlǝr imzalanıb.
Tǝşkil edilǝn birgǝ mǝtbuat toplantısında, ortaq enerji layihǝlǝri ile yanaşı, Suriya mǝsǝlǝsi dǝ gündǝmǝ salınıb.
Dövlǝt başçısı Әrdoğan, tǝlim-tǝchiz, tǝhlükǝsiz bölgǝ vǝ uçuşa qadağan bölgǝ mövzularına dair suala cavabǝn deyib ki, bu mövzular barǝdǝ beynǝlxalq koalisiya tǝrǝfindǝn hǝlǝ verilǝn bir söz yoxdur. Bu da bizim heyǝtlǝrimiz tǝrǝfindǝn müzakirǝ edilir.
Litva prezidenti da ölkǝsinin Türkiyǝnin Avropa İttifaqına tamhüquqlu üzvlük prosesinǝ dǝstǝyini davam etdirǝcǝyini bir daha dilǝ gǝtirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr