Yeni Türkiyə Yolunda

Baş nazir Əhməd Davudoğlu “Yeni Türkiyə Yolunda” adlı proqramdakı çıxışı zamanı əhəmiyyətli mesajlar verib.

210315
Yeni Türkiyə Yolunda

Baş nazir Əhməd Davudoğlu, televiziya kanallarında yayımlanan “Yeni Türkiyə Yolunda” adlı proqramdakı çıxışı zamanı əhəmiyyətli mesajlar verib.
Davudoğlu, Türkiyənin çox böyük bir ölkə olduğunu bildirərək “Türkiyə öz sabitliyini ətraf bölgələrə əks etdirə biləcək gücdə və qüdrətdədir” deyə vurğulayıb.
Davam edən ölkә daxilindәki ziyarətlərinə toxunan Davudoğlu, terrorun sona çatması üçün həyata keçirilən həll prosesindən də danışıb.
Baş nazir, “Türkiyənin hər yerində milli iradə və demokratiya uğrunda mübarizəmizi davam edəcəyik” deyə vurğulayıb.
Ahməd Davudoğlu çıxışında İraqa reallaşdırdığı görüşlərə işarә edәrәk, Türkiyə-İraq əlaqələrindә yeni bir dövrә qәdәm qoyulduğunu bildirib.
Bu gündən etibarən Türkiyənin, növbəti bir il ərzində “İyirmilər qrupuna” rəhbərliyi üzərinə götürdüyünü xatırladan baş nazir, “qlobal iqtisadiyyatın nəbzi bir il Türkiyədə atacaq” deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr