Putin Türkiyədə sәfәrdә

Vladimir Putin,Türkiyəyə bir günlük səfər reallaşdırıb.

210541
Putin Türkiyədə sәfәrdә

Rusiya prezidenti Vladimir Putin, bu gün Türkiyəyə bir günlük səfər edib. Putin Ankarada, ilk olaraq Anıtkabırı ziyarət edib. Rusiya prezidenti, Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident Sarayında rəsmi mərasimlə qarşılanıb.
Dövlət başçıları Türkiyə-Rusiya Əməkdaşlıq Şurasının 5-ci toplantısında iştirak edəcəklər.
Siyasi və iqtisadi mövzuların ön plana çıxacağı danışıqlar aparmaq üçün Rusiya prezidentini, kabinetindən 10 nazir müşaiyət edir. Siyasi sahədə əsas mövzular Suriya, İŞİD və Ukrayna olacaq. Səfərin əsas gündəmində, iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq da yer alır.
Görüşlərdən sonra, Ərdoğan, rusiyalı həmkarı ilə mətbuat konfransında iştirak edəcəklər. Rəcəb Tayyib Ərdoğan, Putinin şərəfinə rəsmi şam yeməyi də verəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr