"Türkiyə, investisiya, ticarət və əməkdaşlıq etmək üçün әvәzsiz ölkәdir"

15-ci müstәqil sәnayeçi vә işadamları dәrnәyi Beynəlxalq Sərgisinin açılış mərasimi olub.

206948
"Türkiyə, investisiya, ticarət və əməkdaşlıq etmək üçün әvәzsiz ölkәdir"

"Türkiyə, investisiya, ticarət və əməkdaşlıq etmək üçün әvәzsiz ölkәdir"
Bunu prezident Rәcәb Tayyıb Әrdoğan, İstanbulda baş tutan 15-ci müstәqil sәnayeçi vә işadamları dәrnәyi Beynəlxalq Sərgisinin açılış mərasimi və 18-ci Beynəlxalq iş Forumu Konqresində deyib.
Hədəflərә çatmaq üçün lazımlı işlәrin görülәcәyinә diqqәti çәkәn prezident Ərdoğan, iqtisadiyyatın bütün ünsürlərinin bu hədəflərә nail olmaq üçün böyük həyəcan yaşadığını qeyd edib.
Ərdoğan, "Möhkәm, intizamlı maliyyə quruluşuyla, siyasi sabitlik və güvən mühitiylə Türkiyə, investisiya yatırmaq, ticarət vә əməkdaşlıq etmək üçün әvәzsiz ölkədir, böyük fürsətdir. Beş gün boyunca sərgiyə və foruma qatılan qonaqların Türkiyənin bu gücünü, potensialını kәşf edәcәklәrinә inanıram” deyә vurğulayıb.
Türkiyə ilə ediləcək ticarətin, qarşılıqlı investisiyaların və əməkdaşlığın tərəflərə qazanc təmin edəcəyinә inam ifadә edәn Әrdoğan iş dünyasına güclü dәstәyin davam edәcәyini deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr