Tatar Türklərinin lideri Ankarada görüşlәr keçirib

Krım Tatar Türklərinin lideri Mustafa Abdülcәmil Kırımoğlu dünən Ankarada görüşlər keçirib.

206101
Tatar Türklərinin lideri Ankarada görüşlәr keçirib

Ukrayna Parlamentinin millət vəkili və Krım Tatar Türklərinin lideri Mustafa Abdülcәmil Kırımoğlu dünən Ankarada görüşlər keçirib.
Kırımoğlu ilk olaraq Türkiyə Böyük Millət Məclisində olub. Baş nazir Əhməd Davudoğlu, Mustafa Abdülcәmil Kırımoğlunu qəbul edib.
Mətbuata qapalı görüş təxminən bir saat davam edib.
Daha sonra Kırımoğlu Çankaya Köşkünə gedib və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
Bu görüşə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu və Prezident baş katibinin müavini İbrahim Kalın da qatılıb.
Hər iki görüşdə Rusiya ilə qarşıdurmaların yaşandığı Ukraynada, Krım Tatarlarının vəziyyəti müzakirə edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr