Cәmil Çiçәk: "Türkiyə - Albaniya əlaqələri sıravi deyil, daimi olmalı"

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək sәfәrdә olduğu Albaniyanın paytaxtı Tiranada həmkarı Ilir Meta ilә bir araya gәlib.

206764
Cәmil Çiçәk: "Türkiyə - Albaniya əlaqələri sıravi deyil, daimi olmalı"

TBMM sədri Cәmil Çiçәk Albaniyada
Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək sәfәrdә olduğu Albaniyanın paytaxtı Tiranada həmkarı Ilir Meta və Türk cəmiyyəti nümayәndәlәri ilә bir araya gәlib.
Məclis sədri Cəmil Çiçək ilə Albaniya Parlamenti sədrinin görüşündə dostluq mesajları ön plana çıxıb.
Türkiyə - Albaniya əlaqələrinin sıravi, formal deyil, daimi olmasının vacibliyi mövzusunda razı qaldıqlarını ifadә edәn Çiçәk, bu istiqamətdə ortaq iradәnin yaranmasını yüksәk qiymәtlәndirdiyini vurğulayıb.
Tiranada yaşayan Türklər ilə də Yunus Emre İnstitutunda bir araya gәlәn Cəmil Çiçək, vətəndaşların problemlərini dinləyib vә Türk cəmiyyətinə, Türkiyә ilә әlaqәlәrini davam etmәlәrini tövsiyә edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr