"Türkiyǝ lazım olan dǝstǝyi vermǝyǝ davam edǝcǝk"

Davudoğlu, Orta Şǝrqdǝ daimi sabitliyin yaranması üçün bir strategiya ortaya qoyulmasının vacibliyini bildirib.

201030
"Türkiyǝ lazım olan dǝstǝyi vermǝyǝ davam edǝcǝk"

Baş nazir Әhmǝd Davudoğlu, Orta Şǝrqdǝ daimi sabitliyin yaranması üçün bir strategiya ortaya qoyulmasının vacibliyini bildirǝrǝk, bölgǝdǝ daimi sabitlik üçün Türkiyǝnin lazım olan dǝstǝyi vermǝyǝ davam edǝcǝyini söylǝyib.
İraqdakı görüşlǝrinin ardından İstanbula gǝlǝn Baş nazir, Atatürk Hava limanında verdiyi açıqlamada bildirib ki, Orta Şǝrqdǝ müvǝqqǝti bir yanaşma ǝvǝzinǝ bütün bölgǝni ǝhatǝ edǝcǝk, daimi sabitliyin yaranması istiqamǝtindǝ ebir strategiya ortaya qoyulması vacibdir. Biz Kobani ilǝ maraqlanarkǝn Hǝlǝb dağıdılırsa Suriyada daimi sabitlik tǝmin edilǝ bilmǝz. Biz ümumi olaraq Suriya xalqının iradǝsini tǝmsil edǝcǝk yeni bir siyasi formalaşmanın olmasını vǝ belǝ bir hakimiyyǝtin mǝnimsǝnmǝsini istǝyirik.
Davudoğlu, Suriyanın hǝr tǝrǝfindǝ sülhün hakim olması üçün Türkiyǝnin dǝstǝk vermǝyǝ davam edǝcǝyini dǝ dilǝ gǝtirib.
Baş nazir, Peşmergǝnin tǝlimi barǝdǝ isǝ deyib ki, bunlar sadǝcǝ bir qrupa verilǝcǝk tǝlimlǝr olmayacaq. Bölgǝdǝ olan bütün qanuni, bölgǝnin sabitliyi üçün ǝhǝmiyyǝtli olan qruplara, tǝrǝflǝrǝ tǝlim planı tǝtbiq edilǝcǝkdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr