Ulu Öndər Atatürkü xatırlayırıq

Ulu Öndər Mustafa Kamal Atatürkün, əbədiyyətə qovuşmasının 76-cı ilində Anitkabirdə rəsmi dövlət mərasimi təşkil olunub.

187076
Ulu Öndər Atatürkü xatırlayırıq

Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Mustafa Kamal Atatürkün, əbədiyyətə qovuşmasının 76-cı ilində Anitkabirdə rəsmi dövlət mərasimi təşkil olunub. Tədbirdə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu və CHP Başçısı Kamal Kılıçdaroğlu iştirak edib. Türk Hava Qüvvələrinin gücünü göstərən Türk Ulduzları Hava Akrobatik qrupu və “SOLOTÜRK”, Ulu öndərə hörmət əlaməti olaraq Anıtkabirin üzərindən keçib. Türk Ulduzları ilk dəfə Anıtkabir üzərində ürək şəkli yaradıb. Rəsmi mərasimdən sonra Anıtkabir, xalqın ziyarətinə açılıb və axşam saat 20-dək açıq olacaq. Gün ərzində Anitkabirin "Dolmabahçeden Anitkabirə” adlı fotosərgi və Muna Silavın sulu boya ilə çəkdiyi "Atatürk Evləri" adlı rəsm qalereyası sərgisi açılacaq. Anitkabirə ziyarətə gələn uşaqlara isə "Atatürk və Uşaq" adlı kitab hədiyyə ediləcək. Atatürkün vəfat etdiyi İstanbul Dolmabahçe Sarayında da tədbirlər təşkil olunub. Dolmabahçe Sarayına səhər saatlarından etibarən ziyarətçilər axın edib. Atatürkün əbədiyyətə qovuşduğu otaqdakı yatağa ziyarətçilər tərəfindən qərənfillər düzülüb. Anım mərasiminə Türkiyə Böyük Millət Məclisinin sədr müavini Ayşe Nur Bahçekapılı da qatılıb.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr