"Hazırda belǝ bir ehtiyacımız yoxdur"

Baş nazirin müavini vǝ hökümǝt sözçüsü Bülǝnt Arınç, dünǝn keçirilǝn Nazirlǝr Kabinetinin toplantısından sonra açıqlama verib.

179767
"Hazırda belǝ bir ehtiyacımız yoxdur"

“Hazırda belǝ bir ehtiyacımız yoxdur”

Bunu, Baş nazirin müavini vǝ hökümǝt sözçüsü Bülǝnt Arınç, dünǝn keçirilǝn Nazirlǝr Kabinetinin toplantısından sonra verdiyi açıqlamada deyib.
Bülǝnt Arınç, Milli Tǝhlükǝsizliyǝ dair Siyasǝt Sǝnǝdindǝ dǝyişiklik barǝdǝ hökumǝtin bir ehtiyac içǝrisindǝ olmadığına işarǝ edib.
Hökumǝt sözçüsü, terrorun başa çatdırılması üçün hǝyata keçirilǝn hǝll prosesinǝ dǝ işarǝ edib vǝ bu mövzuda bir daha qǝti qǝrarlı olduqlarını vǝ ictimaiyyǝtdǝki nizam-intizamın daşıdığı ǝhǝmiyyǝti vurğulayıb.
Bülǝnt Arınç, ikinci peşmergǝ qrupunun Türkiyǝ üzǝrindǝn Kobaniyǝ keçdiyinǝ dair iddiaların isǝ ǝsassız olduğunu deyib.
Baş nazirin müavini, toplantıda mǝdǝnlǝrdǝ çalışma sahǝsindǝ tǝhlükǝsizliyin tǝmin edilmǝsi mǝsǝlǝsinin dǝ müzakirǝ edildiyini, mǝdǝnlǝrdǝ qǝzaların baş vermǝmǝsi, tǝhlükǝsizlik tǝdbirlǝrinin ǝn yüksǝk sǝviyyǝyǝ çıxarılması vǝ bütün risklǝri ortadan qaldıracaq bir çalışmaya ehtiyac olduğu barǝdǝ qǝrar qǝbul edildiyini ifadǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr